novbeti-valyuta-herraci-kecirilib-neticesi

Növbəti valyuta hərracı keçirilib - NƏTİCƏSİ

23 Yanvar 2024-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

Mərkəzi Banka istinadən məlumatına görə, hərracda tələb 43,9 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib. 

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.

Qeyd edək ki, 18 Yanvar 2024-cü il tarixində keçirilmiş valyuta hərracında tələb 58 milyon ABŞ dolları təşkil etmişdi.

2024-cü ilin əvvəlindən bu yana keçirilmiş 5 valyuta hərracında banklara cəmi 310,1 milyon dvalollar satılıb.