novbeti-valyuta-herraci-kecirilib

Növbəti valyuta hərracı keçirilib

12 sentyabr 2023-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

İnsider.az Mərkəzi Bankın məlumatına istinadən xəbər verir ki, hərracda tələb 24,2 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib.  

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, 07 sentyabr 2023-cü il tarixində keçirilmiş valyuta hərracında tələb 6,1 milyon ABŞ dolları təşkil etmişdi.

2023-cü ilin əvvəlindən bu yana keçirilmiş 66 valyuta hərracında banklara cəmi 2 milyard 400,33 milyon dollar satılıb. 

Valyuta hərracında yalnız banklar valyuta ala bilirlər.