24 oktyabr 2023-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
Mərkəzi Bankın məlumatına görə, hərracda tələb 23,4 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Qeyd edək ki, 19 oktyabr 2023-cü il tarixində keçirilmiş valyuta hərracında tələb 17,8 milyon ABŞ dolları təşkil etmişdi.
2023-cü ilin əvvəlindən bu yana keçirilmiş 78 valyuta hərracında banklara cəmi 2 milyard 788,73 milyon dollar satılıb.
Valyuta hərracında yalnız banklar valyuta ala bilirlər.