16 mart 2023-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
Hərracda tələb 47,9 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
14 mart 2023-cü il tarixində Mərkəzi Bankda keçirilmiş valyuta hərracında tələb 60,3 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi.
2023-cü ilin əvvəlindən bu yana keçirilmiş 21 valyuta hərracında banklara cəmi 785,9 milyon dollar satılıb.
Valyuta hərracında yalnız banklar valyuta ala bilirlər.