İtalya şirkəti "Ferrero Spa"nın ən tanınmış məhsullarından biri olan şokoladlı fındıq kremi Nutella-nın sosial media hesabına yazan bir istifadəçi "Nutella halaldır?" deyə soruşub. Bu suala "Xeyr halal deyil" şəklində cavab verilib. Ancaq Nutella-nın verdiyi bu cavab sosial mediada gündəm olub.
Məşhur şokolad markası Nutella-ya ABŞ-da Twitter-dən soruşulan "Məhsullarınız halaldır?" sualına Nutella-nın hesabından verilən "Xeyr halal deyil" cavabının ardından, şirkət ilk "tweet"i təkzib edərək üzr istəyib.
İnsider.az xəbər veri ki, Şirkətin yaydığı açıqlamada, "Dünyada satılan bütün Nutella məhsulları halal istehlaka uyğundur. Nutella məhsullarını istehsal edən zavodlarımızın 90%-dən çoxu hal-hazırda əlaqədar təşkilat tərəfindən Halal Sertifikatına sahibdir və qalan zavodlar da sertifikatlandırma prosesindədir. Daha əvvəlki "tweeti"mizdə etdiyimiz səhvdən ötəri üzr istəyərik" deyilir.
Marja