nyu-yorkda-met-gala-kecirildi

Nyu-Yorkda "Met Gala" keçirildi

Met Gala hər il olduğu kimi bu ildə diqqət çəkdi. 

2023 Met Gala rəsmi olarag Nyu-Yorkdakı “Metropolition Museum Of Art” keçirildi. Bu ilki gala 2019’da dünyasını dəyişən "Chanel", "Fendi" kimi markaların dizayneri olan Karl Lagerfeldə həsr olunub. Bu ilki galaya Penolope Kruz, Michaela Coel, Roger Federer, Dua Lipa kimi bir çox məşhurlar dəvət olunub.

Gecəyə qatılmaq istəyənlər dəvətnamələr üçün adambaşına təxminən 35 min dollar ödəyərkən, qala yeməyində masa arxasında əyləşərkən şayiələrə görə 200 min ilə 300 min dollar arasında dəyişir. Əslində, bu gecədə toplanan bu böyük gəlir xeyriyyə məqsədilə istifadə olunur, lakin illər keçdikcə gecə hələ də dəbdəbə və təmtəraqla keçirilir.

Ancaq nə qədər zəngin və ya məşhur olsanız da, bu xüsusi dəvətdə iştirak etmək üçün hər kəs yenə də Anna Vinturdan dəvət almalıdır və qonaq siyahıları hər il yenilənir, bəzi illərdə bəzi adlar bu xüsusi kluba qəbul olunmur. Dünya ulduzlarının özünü ortaya qoyması üçün ən vacib məkan olan “Met Gala”ya dəvət edilməmək böyük nüfuz itkisidir.

Gigi Hadid

Kendall Jenner 

Gisele Bündchen

Dua Lipa

Doja Cat 

 

 

Jared Leto

Kylie Jenner

Rihanna A$AP Rocky

 

 

Zəhra A.