Ukraynanın "Bees Airline" aviaşirkətinə cari ilin noyabr ayının 1-dən etibarən həftədə iki dəfə olmaqla Odessa-Gəncə-Odessa müntəzəm uçuşlar həyata keçirmək hüququ verilib.
Ukrayna mətbuatı xəbər verir ki, bu barədə Ukrayna Dövlət Aviasiya Administrasiyası məlumat yayıb.
Qeyd olunur ki, Ukraynanın üç aviaşirkəti – UIA ("Ukraine International Airlines"), "SkyUp" və "Bees Airline" – Azərbaycan, İsrail, Çexiya, Bəhreyn, Avstriya və Portuqaliyaya uçuşlar həyata keçirmək hüququnu əldə ediblər. Belə ki, "Bees Airline" aviaşirkəti Odessadan Azərbaycana və Çexiyaya, UIA Bəhreynə, "SkyUp" isə İsrailə, Portuqaliyaya və Avstriyaya uçuşlar həyata keçirmək hüquqlarını əldə edib.
© APA