Mədəniyyətimiz ambisiyalılığı ekstravertliyə bərabər tutur. Bu, işdə müvəffəqiyyət əldə etməyə qadir olan, lakin əvəzində daima şəxsi fəzasına soxulma təhlükəsilə mübarizə aparmağa məcbur olan introvertlər üçün çətinliklər yaradır.
İnsider.az “The New York Times”-ın icmalçısı Morra Aarons Milin qeyri-ünsiyyətcil insanların ofis həyatına necə uyğunlaşa biləcəkləri barədə tövsiyyələrini nəzərinizə çatdırır.
İntrovertsiniz?
İntrovertlər çox fərqlidirlər: bəziləri ictimai çıxışları və tanımadıqları şəxslərlə ünsiyyəti xoşlamır, digərləri, əksinə sevir, lakin onlar bu çıxışlar və ünsiyyətdən sonra bərpaolunmağa ehtiyac duyurlar. Misal üçün, Emi Şumer və Opra Uinfri özlərini introvert sayır.
Lakin səs-küylü ofisdə gərgin iş bütün introvertləri tükədir.
Əgər öz introvertliyinizdən əmin deyilsinizsə, özünüzə növbəti sualları verin. Tək qaldıqda daxili tükənmə hiss edirsinizmi? Səs-küylü ofis əvəzinə sakit yer seçərdinizmi? Əgər cavab “hə”-dirsə, onda, çox güman, siz introvertsiniz. Bunda heç bir pis şey yoxdur, lakin uğur əldə etmək üçün siz xüsusi şərait yaratmalı olacaqsınız.
Sərhədləri təyin edin
İşə sağlam münasibətin saxlanması üçün müəyyən sərhədlər gərəkdir. Bu qayda hamıya şamil olunur, ancaq əsasən introvertlər üçün mühümdür. Öz sərhədlərinizi müəyyən etmək üçün növbəti sualları cavablandırın:
• Günün hansı vaxtı daha məhsudarsınız, hansı vaxtda isə yorğunluq hiss edirsiniz?
• Siz istirahət günləri işləyirsiniz? Belə olduqda dilxor olursunuz ya sakitlikdə işlə məşğul olmaq imkanına sevinirsiniz?
• Diqqətinizi nə yayındırır? Hansı şəraitdə diqqətiniz daha cəmlənmiş olur?
• Özünüzü səs-küylü qəhvəxanada və ya aydın işıqlanan məkanda necə hiss edirsiniz?
• Siz daha çox kiminləsə birgə və ya təklikdə iş görürsünüz? Nə vaxt həmkarlarınız sizi ilhamlandırır və nə vaxt sadəcə təklikdə qalmağa ehtiyacınız olur?
• Əgər siz ideal həftə yaratsaydınız, cədvəliniz necə görünərdi?
• İş mühitində daha nə sizi qane etmir?
İndi ki, öz hüdudlarınızı bilirsiniz, işdəki şəraiti onlara müvafiq şəkildə dəyişmək lazımdır. Bunu etməyin ən effektiv üsullarından biri “temp, yer, fəza” metodu adlanır.
Tempinizi nizamlayın. Ofisdə hər gün səkkiz saat keçirməmək üçün qrafikinizi necə dəyişmənizi düşünün.
İş yerinizi təkrar dəyərləndirin. Düşünün, ofisin digər, daha sakit yerinə keçə bilərsinizmi? Səs-küydən, güclü işıqdan və şəxsi fəzanıza soxulma təhlükəsindən necə qurtulmağa qərar verin – bunda səsboğucusu olan qulaqcıqlar və çıraqların işləməsini nizamlayan imkan faydalı ola bilər. Əgər işçi mesenceri sizi hər dəfə narahat edirsə, bildirişləri söndürün və ismarışları daha sonra oxuyun – lakin bunu rəhbərlə müzakirə etmək daha yaxşı olardı.
Fərdi fəzanızı yaradın. Bəzi introvertlər hətta qeyri-iş vaxtı elektron məktubları və mesencerdəki ismarışları cavablandırmağa qarşı deyillər, lakin digərlərini bu narahatlıq verir. Burada da sərhəd qoymaq və həmkarlara öz asudə vaxtın barədə xatırlamaq vacibdir.
İclaslardan maksimal fayda çıxarın
Fəaliyyət növündən asılı olmayaraq, siz, çox güman, həftədə bir-iki iclasa girməli olursunuz. İntrovertlər üçün bu, çətin sınaqdır, lakin bu tədbirləri nəinki ağrısız keçirməyə, hətta onlardan fayda çıxarmağa kömək edəcək həmlələr var.
• Masa arxasına əyləşin. Arxa planda gizlənmək istəyinə boyun əyməyin: bu sizə çətin gəlsə də, erkən gəlin, ən görünən yerdə oturun və müzakirəyə qoşulun. Unutmayın ki, bu, cəmi bir neçə dəqiqəlikdir. Müzakirənin qızğın vaxtı öz fikirlərinizi qısa, aydın və əminliklə ifadə edin. Hətta artıq səslənənlərin sadə yekun vurluması rəhbərin sizi görməsinə imkan yaradacaq.
• Zaman verilməsini barədə xahiş edin. Öz fikrinizi elə dərhal indi səsləndirə bilmədyinizi hiss etdikdə, “Mən bunu düşünməliyəm. Sizə bir qədər sonra yaza bilərəm?” deyin. Daha sonra möhtəşəm məktub yollayın. Beləcə son söz sizin olacaq.
• Daha erkən çıxış edin. İlklərin sırasında hətta olduqca çeynənmiş təklifi bildirsəniz belə, özünüzü azad hiss edəcəksiniz və əlavə nəsə ağıllı bir şey söyləmək zərurəti barədə narahat olmadan müzakirəni dinləməyə davam edə biləcəksiniz.
• Qabaqcadan aparılan iclas. “İclasdan qabaq iclas” keçirin. Gündəmdə olan mövzu və gözlənilən yekunlar barədə agah olduğunuzu yoxlayın. Öz fikrinizi qabaqcadan iclas rəhbərinə bidirin ki, o da sizi mütləq toplantıda eşitsin.
Beləliklə, uzunmüddətli “uğura” daha az, gündəlik həyata isə daha çox diqqət ayıraraq, sınaq və xətalar metodu ilə öz güclü tərəflərini istifadə etməyi və öz introvertliyini qorumağı öyrənmək mümkündür.
Samirə Məmmədova