oldurucu-virus-azerbaycanda-suretle-yayilir-yeni-rekord

Öldürücü virus Azərbaycanda sürətlə yayılır- YENİ REKORD

Son 24 saatda Azərbaycanda daha 105 nəfərdə koronavirus aşkarlanıb. Bu indiyədək qeydə alınan ən böyük günlük saydır.

İnsider.az xəbər verir ki, bunu keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhəbri İbrahim Məmmədov bildirib. 

Qeyd edək ki, əvvəlki rekord 24 saatda 76 nəfər idi. 

Hazırkı dövrədək ölkəmizdə 822 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. 5 milyon maska ehtiyatı yaradılıb

Hökumət rəsmisi bildirib ki, bu gün ölkədə 5 milyon maska ehtiyatı yaradılıb.

Onun sözlərinə görə, bu günədək Koronavirusla Mübarizəyə Dəstək Fonduna 110 milyon manatdan artıq vəsait yığılıb.