Karantinlərini Aprel ortasına qədər planlaşdıran ölkələr koronavirusun yayılma təhdidinin davam etməsilə karantin müddətlərini uzatmaq qərarı qəbul edirlər.
İnsider.az xəbər verir ki, Baş nazirinin də koronavirusa yoluxduğu və epidemiya səbəbilə 11 min 329 nəfərin öldüyü Böyük Britaniyada hökumət, karantin tədbirlərinin yumuşaldılmadan davam edəcəyini bildirib.
Xarici işləri naziri Dominic Raab etdiyi açıqlamada, "Bu an tədbirləri dəyişdirməyi düşünmürük və və vəziyyətin normallaşdığına tam güvənmədən bir dəyişiklik etməyəcəyik" deyib.
Fransa Prezidenti Emmanuel Makron karantinin 11 Maya qədər uzadıldığını açıqlayıb. Bazar ertəsi günü televiziyada etdiyi çıxışında, Macron, irəliləyişlər olduğunu lakin "müharibənin" hələ bitmədiyini söyləyib. Fransada karantinin bitmə müddəti 14 Aprel 2020-ci il olaraq təyin olunmuşdu.
Hindistanın Baş naziri Narendra Modi də etdiyi açıqlamada milli karantini 3 Maya qədər uzatdıqlarını bildirib. Üç həftəlik karantinə baxmayaraq Hindistanda koronavirusa yoluxanların sayı 10 mini keçib. "3 Maya qədər bütün hindistanlılar evlərində karantində qalmalıdır" deyən Modi, bütün Hindistanlılardan virusun digər bölgələrə yayılmasının dayandırılması üçün kömək istəyib.
İlk olaraq İtaliyanın Baş naziri Giuseppe Conte keçən həftə ölkədəki karantin müddətini 3 Maya qədər uzatdıqlarını açıqlamışdı.
Marja