Koronavirusun yeni “Omikron” ştammına yoluxma halı Yeni Zelandiya və İndoneziyada da qeydə alınıb.
İndoneziyada “Omikron” ştammı koronavirusla mübarizə xəstəxanasının həkimində aşkarlanıb.
Virusun sözügedən versiyasının ölkəyə necə daxil olduğu hələlik məlum deyil.
Yeni Zelandiyanın səhiyyə naziri də ölkədə “Omikron” ştammına yoluxma olduğunu açıqlayıb.
Daşıyıcı Kraystçörçdəki dövlət sərhədi təcridxanasında olan bir xəstədir. Başqa bir koronavirus xəstəsi onunla eyni təyyarədə ölkəyə uçub, lakin onun “Delta” variantına yoluxduğu məlum olub.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda 60-dan çox ölkədə yeni SARS-CoV-2-nin “Omikron” ştammı aşkar edilib.
Mənbə: Gazeta.ru