opec-2019-cu-ilde-ilk-defe-istehsali-artirib

OPEC 2019-cu ildə ilk dəfə istehsalı artırıb

Bu ilin əvvəlindən zəif qlobal bazar ilə ayaqlaşmaq üçün neft istehsalını azaltmağa başlayan Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) bu il ilk dəfə istehsalı Avqust ayında artırıb.

İnsider.az xəbər verir ki, "Bloomberg"in sorğusuna görə, OPEC, Nigeriya və Səudiyyə Ərəbistanının kollektiv olaraq neft hasilatını gündə 200.000 barrel artıraraq gündəlik 29.99 milyona qaldırmalarına icazə verib.

OPEC və OPEC +, 2019-cu ilin əvvəllərində zəif qlobal bazarlar və qlobal bazarları təhdid edən ABŞ şist nefti istehsalına görə neft hasilatını 1,2 milyon barrel azaltmaq qərar verib.

Qərar, zəif qlobal iqtisadi artım və ABŞ-Çin arasında ticarət müharibəsinə görə neft qiymətlərinin düşməsinin qarşısını almaq üçün verilmişdir.  

Brent neftinin qiyməti bu ilin Aprel ayında 76 dollara qalxdıqdan sonra 20%-dən çox geriləyib.

Bakı vaxtı ilə saat 12:40-da Brent nefti təxminən 1% ucuzlaşma ilə 58 dollardan alıcı tapıb.