Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2020-ci il üçün Azərbaycanda orta gündəlik neft hasilatının 700 min barel olacağını proqnozlaşdırır.
OPEC-in aprel ayı üzrə hesabatında bildirilir ki, bu il Azərbaycanda gündəlik neft hasilatı 90 min barel azalacaq.
“2020-ci ildə “Çıraq” neft yatağında və “Şahdəniz” qaz-kondensat yatağında planlaşdırılan profilaktika işləri və razılaşdırılmış könüllü düzəliş (OPEC+ sazişi) nəzərə alınmaqla, Azərbaycanda orta gündəlik hasilatın həcmi 90 min barel azaldılaraq orta hesabla 700 min barel həcmində proqnozlaşdırılır”,- məlumatda qeyd edilib.
Qeyd edək ki, Azərbaycan OPEC və qeyri-OPEC ölkələrinin hasilatın məhdudlaşdırılması Razılaşmasına qoşulub. 2018-ci ilin oktyabr ayında isə Azərbaycanın gündəlik xam neft hasilatı 718 min barrel olub. Azərbaycanın öhdəlikləri may-iyun aylarında gündəlik xam neft hasilatının bu göstəricidən 23% olmaqla 164 min barrel, iyul-dekabr aylarında 18% olmaqla 131 min barrel, 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 14% olmaqla 98 min barrel həcmində azaldılmasını nəzərdə tutur. Öhdəliklərə uyğun olaraq Azərbaycan gündəlik xam neft istehsalını cari ilin may-iyun aylarında 554 min barrel, iyul-dekabr aylarında 587 min barrel, 2021-2022-ci ilin aprelində 620 min barrel həcmində saxlamalıdır.
Report