opec-azerbaycan-uzre-neft-hasilati-proqnozunu-deyisdirib

OPEC Azərbaycan üzrə neft hasilatı proqnozunu dəyişdirib

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2020-ci il üçün Azərbaycanda orta gündəlik neft hasilatının 720 min barel olacağını proqnozlaşdırır.

İnsider.az xəbər verir ki, bu il Azərbaycanda gündəlik neft hasilatı 70 min barel azalacaq.

Qeyd edək ki, bundan öncəki hesabatda 2020-ci il üzrə Azərbaycanda gündəlik neft hasilatı proqnozu 700 min barel həcmində idi.

Report