Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC), gələn həftə keçirilməsi planlaşdırılan 176-cı toplantısı və 6-cı Nazirlər Toplantısı İyulun 1-2-nə keçirilib.
İnsider.az xəbər verir ki, OPEC-dən verilən yazılı açıqlamada, 15-ci Birgə Nazirlər Monitorinq Komitəsinin iclasının da 1 İyulda keçiriləcəyi qeyd edilib.
Açıqlamada, 25-26 İyunda keçirilməsi planlaşdırılan 176-cı toplantı ilə OPEC-ə üzv olmayan bəzi istehsalçı ölkə nümayəndələrinin də yer alacağı və neft hasilatının azaldılması müqaviləsinin uzadılmasının müzakirə ediləcəyi 6-cı Nazirlər İclasının İyulun 1-2-nə təyin edildiyi qeyd olunub.
OPEC və bəzi istehsalçı ölkələr tərəfindən, daha əvvəl gündəlik neft hasilatının 1,2 milyon barel azaldılması qərara alınmışdı.
©Marja