OPEC-in Baş katibi Məhəmməd Barkindo və Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol Səudiyyə Ərəbistanında neft sahələrinə edilən hücumu müzakirə ediblər.
İnsider.az xəbər verir ki, OPEC-in Baş katibi Barkindo və IEA sədri Fatih Birol Səudiyyə Ərəbistanında neft sahələrinə həyata keçirilən hücumlarla bağlı danışıqlar aparıblar.
OPEC mənbələri, Barkindo və Birolun Səudiyyə rəsmilərinin vəziyyəti nəzarət altına almasından məmnun olduqlarını dilə gətirdiklərini və ikilinin gələcək bir neçə gün ərzində əlaqədə qalacaqlarını bildiriblər.
Mənbə, Səudiyyə Ərəbistanının neft istehsalının haradasa yarı yarıya düşməsinə səbəb olan hücum səbəbindən OPEC və tərəfdaşlarının təcili iclas keçirməsinin hələlik masada olmadığını da deyib.
©Marja