opec-in-hasilati-4-aydan-sonra-artib

OPEC-in hasilatı 4 aydan sonra artıb

"S&P Global Platts"ın apardığı sorğuya əsasən, Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) hasilatı 4 aydan sonra aprel ayında artıb.

Aprel ayında hasilat əvvəlki ayla müqayisədə 30 min barel/gün artaraq 30,26 milyon barel/gün təşkil edib.

Səudiyyə Ərəbistanının istehsalını 9,82 milyon barel/gün səviyyəsində saxladığı Aprel ayında İran isə istehsalını 120 min barel/gün artıraraq 2,57 milyon barel/günə qaldırıb.

©Marja