2019-cu ildə OPEC ölkələrinin neft ixracından gəliri 564,9 mlrd ABŞ dolları təşkil edib.
İnsider.az xəbər verir ki, bu barədə təşkilatın illik hesabatında qeyd edilib.
Bu göstərici isə 2018-ci ildən 18% azdır.
2019-cu ildə OPEC ölkələri gündəlik orta hesabla 22,47 mln barel neft ixrac ediblər. Bu isə 2018-ci ilin göstəricisindən 7,5% azdır.
Hesabat dövründə Səudiyyə Ərəbistanı neft ixracından 202,4 mlrd ABŞ dolları, İraq 80 mlrd ABŞ dolları, Küveyt isə 52,4 mlrd ABŞ dolları əldə edib.
Report