OPEC+ Nazirlər Monitorinq Komitəsi iyunun 8-də iclas keçirəcək, görüş, çox güman, virtual olacaq. Nazirlərin geniştərkibli görüşü isə planlaşdırıldığı kimi, iyunun 9-10-da keçiriləcək.
İnsider.az xəbər verir ki, bu barədə nümayəndə heyətlərindəki mənbələr məlumat verib.
Mənbənin məlumatına görə, iyunun 2-3-də OPEC katibliyi yanında İqtisadi Şuranın iclası, iyunun 4-də isə Texniki Komitənin görüşü keçiriləcək. Bütün görüşlərin video formatında keçirilməsi planlaşdırılıb.
Agentliyin digər həmsöhbəti isə əlavə edib ki,
adətən Monitorinq Komitəsinin tövsiyələrinin nəzərdən keçirildiyi OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin görüşləri iyunun 9-10-da, böyük ehtimalla, onlayn qaydada keçiriləcək.
Report