Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) bu il qlobal neft tələbinin keçən illə müqayisədə 9,8% azalaraq gündəlik təxminən 89 milyon 990 min barel olacağını, gələn il isə bu rəqəmin 6,6% artaraq 95 milyon 890 min səviyyəsinə çatacağını açıqlayıb.
İnsider.az xəbər verir ki, OPEC-in Neft Bazarı Hesabatına görə, bir çox ölkələrdə iqtisadiyyatın azalması və nəqliyyatda maye yanacaq tələbinin geriləməsi neftə qlobal tələbin düşməsinə səbəb olub.
Eyni zamanda, Çin və Hindistanda neft tələbinin bəzi sektorlarda artması müşahidə edilir.
Hesabata görə, qlobal neft tələbinin bu il keçən illə müqayisədə gündəlik 9 milyon 770 min barel və ya 9,8% azalaraq cəmi gündəlik təxminən 89 milyon 990 min barel olacağı təxmin edilir.
Gələn il isə qlobal neft tələbi bu illə müqayisədə 5 milyon 900 min barel və ya 6,6% artaraq gündəlik təxminən 95 milyon 890 min barelə çatacaq.
Hesabata görə, noyabrda qlobal neft təklifi (istehsalı) əvvəlki ayla müqayisədə gündəlik 1 milyon 620 min barel artaraq 92 milyon 530 min barel olub. Bu rəqəm keçən ilin orta rəqəmindən təxminən gündəlik 8,8 milyon barel aşağıdır.
OPEC-in gündəlik xam neft istehsalı isə keçən ay oktyabr ayı ilə müqayisədəə 710 min barel artaraq 25 milyon 110 min barelə yüksəlubi. OPEC-in istehsalındakı artımla noyabrda qlobal neft istehsalındakı payı 27,1%-ə yüksəlib.
OPEC daxilində xam neft istehsalı ən çox Liviya və Birləşmiş Ərəb Əmrliklərində artıb, ən böyük azalma isə İraqda olub.
OPEC-ə üzv olmayan ölkələrdə neft istehsalı keçən ay gündəlik 910 min barel artıb və 67 milyon 420 min barel səviyyəsinə qalxıb.
Marja