OPEC+ ölkələri arasında bu il dekabr ayının 5-6-da baş tutacaq görüşü zamanı hasilatın daha da azaldılması məsələsini müzakirə oluna bilər.
İnsider.az xəbər verir ki, OPEC-dəki bir mənbə məsələnin müzakirə edilib-edilməyəcəyinin noyabrdakı hadisələrdən asılı olduğunu qeyd edib.
OPEC+ formatının lideri olan Səudiyyə Ərəbistanının 2018-ci il oktyabr ayının səviyyəsinə nisbətən gündəlik hasilatı 1,2 milyon barel azaltmaq barədə qüvvədə olan razılaşmanın bütün iştirakçı ölkələr tərəfindən tam yerinə yetirilməsinə nail olduqdan sonra hasilatı daha da azaltmağı gündəmə gətirməyə tərəfdar olduğu bildirilir. Belə ki, hazırda Səudiyyə Ərəbistanı tərəfi ABŞ ilə Çin arasındakı ticarət qarşıdurmaları ilə bağlı 2020-ci ildə neftə tələbatın azalacağı ehtimalından narahatdır.
Mənbəyə görə, OPEC gələn ilə tələbatın səngiyəcəyi, ABŞ kimi qeyri-OPEC ölkələrindən neft ixracının artacağı barədə proqnoz verir. OPEC-in son aylıq hesabatına əsasən, üzv ölkələrinin neftinə gündəlik tələbatın artımı 2020-ci ildə 29,6 milyon barel səviyyəsində gözlənilir ki, bu da 2019-cu ilin səviyyəsinə nisbətən 1,2 milyon barel azdır. Başqa mənbəyə görə, bunun səbəbi gələn il neft ixracatının daha da azalması ola bilər.