Neft hasilatının azaldılması ilə bağlı sazişə qatılan OPEC+ ölkələri 2019-cu ilin mart ayının sonuna onun şərtlərini 139% yerinə yetirib. Texniki komitənin bazar ertəsi keçirilən qiyabi iclasının yekun məlumatında belə deyilir.
İnsider.az xəbər verir ki, bu barədə TASS-a Yaxın Şərq ölkələrinin nümayəndə heyətlərindəki iki mənbə məlumat verib.
Mənbələrdən biri ümumi azalma səviyyəsinin mart ayında 139% səviyyəsində olduğunu, digəri isə OPEC ölkələrində bu göstərici 157%, qeyri-OPEC ölkələrində isə 102% təşkil etdiyini bildirib.
Daha əvvəl mart ayında Səudiyyə Ərəbistanının və planlaşdırılan təmir səbəbilə böyük yataqlarda hasilatı dayandıran Qazaxıstanın hasilatı xeyli azaltdığı xəbər verilmişdi.
©Report.az