İyul ayından sonra "OPEC+" razılaşmasının (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) parametrlərini təyin edəcək müddət barədə hələ heç bir təklif yoxdur.
Bu barədə RİA "Novosti"yə Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak bildirib.
"Bunu 10 gündən sonra görəcəyik, prinsipcə, fərqli seçimlərimiz var – bir və ya bir neçə aylıq qəbul etmək. Bu, həm də daha uzun müddəti əhatə edə bilər. Bunu həmkarlarımızla birlikdə müzakirə edəcəyik. Hazırda konkret təkliflər yoxdur, onları görüşə yaxın hazırlayacağıq", - Novak vurğulayıb.
Qeyd edək ki, "OPEC+" ölkələrinin iclası iyulun 1-də keçiriləcək.
Xatırladaq ki, iyunun 1-də keçirilmiş iclas nəticəsində alyans razılaşmanın əvvəlki parametrlərini sabit saxlayıb, yəni iyul ayında neft hasilatı bir qədər artırılacaq (gündəlik 2,1 mln. barel).