Neft İxrac edən Ölkələr Birliyi (OPEC) və müttəfiqləri, Çində ortaya çıxan koronavirusunun neft tələbinə necə zərər verə biləcəyi və cavab olaraq hansı tədbirləri görə biləcəklərinə dair qiymətləndirmə aparmaq üçün təcili toplaşır.
İnsider.az xəbər verir ki, son bir ildə ilk dəfə ABŞ xam neftinin qiyməti 50 dollardan, Brent neftinin qiyməti isə 54 dollardan aşağı düşüb.
OPEC + koalisiyası Çərşənbə axşamı günü Viyanada toplantı keçirəcək.
Dünyadakı ən böyük neft idxalatçısı olan Çində yanacaq istehlakı, şəhərlərdə karantin elan edildiyindən və zavodlar dayandığından 20%-ə qədər azalıb.