opec-teskil-etdiyi-tedbire-jurnalistleri-buraxmayacaq

OPEC təşkil etdiyi tədbirə jurnalistləri buraxmayacaq

Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) “Reuters”in, “Bloomberg News”un və “The Wall Street Journal”ın jurnalistlərini təşkilatın Vyanadakı baş qərargahına keçiriləcək iclasına buraxmayacaq.

Qeyd olunur ki, bu qadağanın təşəbbüskarı Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salmandır.

Jurnalistlərə tətbiq edilən qadağanın konkret səbəbləri açıqlanmır.

Məlumatda əlavə olunur ki, qadağa iyunun 4-də OPEC-ə üzv ölkələrin Vyanada keçirilməsi planlaşdırılan tədbirinə aiddir.

İclasda assosiasiyaya üzv ölkələr 2023-cü ilin ikinci yarısı üçün alyansın neft hasilatı siyasətini razılaşdırmaq niyyətindədirlər.

Oxu.Az