“Restoranlarla bağlı olan məhdudiyyət bizdə gecə saat 12-yə qədərdir. Bəzi ölkələrdə isə bu qadağa saat 10-a qədərdir”.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
Prezidentin köməkçisi bildirib ki, restoranlarda gecə 12-yə qədər olan məhdudiyyətin bu gün qorunub saxlanması daha məqsədəuyğundur.
APA