2020-ci ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqısı 736,2 manat olmuşdur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, apreldə orta aylıq nominal əməkhaqqı 8,3 manat azalıb. Belə ki, 2020-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqısı 744,5 manata çatmışdı.