Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasında yaradılmış Apelyasiya Komissiyasının işindən narazı qalanlar məhkəməyə müraciət edə bilərlər.
İnsider.az xəbər verir ki, bu sözləri AzTV-nin "Günün nəbzi" verilişinin efirində Maliyyə Bazarlarına Nəzarət Palatasının Nəzarətin Metodologiyası və Tənzimlənmə İdarəsinin rəisi Orxan İsmayılov bildirib.
"Amma onu da qeyd edim ki, Apelyasiya Komissiyası vətəndaşın kompensasiya ilə bağlı müraciətinə o halda "yox" cavabı verir ki, o, prezidentin məlum fərmanı ilə müəyyən edilmiş meyarlara uyğun olmasın", - deyə palata rəsmisi qeyd edib.
© Report