orxan-memmedov-azerbaycanda-innovativ-startaplara-vergi-guzestleri-verilecek

Orxan Məmmədov: Azərbaycanda innovativ startaplara vergi güzəştləri veriləcək

Yaxın günlərdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən Azərbaycanda innovativ startapları müvafiq vergi güzəştlərilə təmin edəcək "Startap şəhadətnamələri”nin verilməsinə başlanacaq.

İnsider.az xəbər verir ki, bunu Bakıda keçirilən "Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar Forumu"nda çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O.Məmmədov qeyd edib ki, innovativ biznes və startap ekosisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsi Agentliyin əsas prioritet hədəflərindən biridir.

“Bu məqsədlə innovasiyalar sahəsində sahibkarlığın dəstəklənməsinin təşkilatı modellərin yaradılması və səmərəli fəaliyyətin təmin olunması üzrə tədbirlər nəzərdə tutulub", - deyə KOBİA-nın rəhbəri əlavə edib.

©Report