İyulun 25-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 292 toy şənliyinin monitorinqini həyata keçirib.
DİN-in mətbuat xidmətindən İnsider.az-a verilən məlumata görə, monitorinq 204 şadlıq sarayında, 88 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.