oten-gun-ermenilere-destek-veren-ukraynali-mugenninin-bakidaki-konserti-legv-edildi-foto

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti ləğv edildi - FOTO

Ötən gün ermənilərə dəstəklə çıxış edən ukraynalı məşhur müğənni Maks Barskixin Bakıda solo konserti ləğv edilib.

Bu barədə iticket.az saytının nümayəndələri məlumat veriblər.

Bundan əlavə, alınan biletlərə görə ödənilən vəsaitin geri qaytarılacağı qeyd edilib.

Qeyd edək ki, ifaçının özü də “Instagram”ın “hekayə” bölməsində müvafiq postu silib.

Media.Az