Ötən il Azərbaycanda “Əmək veteranı” vəsiqəsi verilənlərin sayı açıqlanıb.
İnsider.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 2019-cu il üzrə hesabatında bildirilib.
Qeyd olunub ki, hesabat dövründə “Əmək veteranı” adının və vəsiqəsinin verilməsi ilə bağlı ƏƏSMN-ə 283 müraciət daxil olub ki, araşdırılma aparılaraq 189 nəfərə komissiya tərəfindən “Əmək veteranı” vəsiqəsinin verilməsi barədə qərar qəbul edilib.
Report