2020-ci ildə Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yatağı üzrə hasilatın həcmi Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcəsində nəzərdə tutulmuş 174,6 milyon barrel həcmində proqnoza qarşı 174,6 milyon barrel və yaxud 100 % səviyyəsində təşkil edib.
Bu barədə Neft Fondunun 2020-ci il büdcəsinin icrasına dair Hesablama Palatasının verdiyi rəydə deyilir.
Məlumata görə, dəyər ifadəsilə “Azəri-Çıraq-Günəşli” yatağından hasil edilmiş mənfəət neftinin satışından 3 milyard 522,7 milyon ABŞ dolları vəsait daxil olub. Bu, büdcədə nəzərdə tutulmuş vəsaitə qarşı 2 % çoxdur.
Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.
Report