2020-ci il ərzində Azərbaycanda 28,4 mln ton neft (kondensatla birlikdə) ixraca nəql olunub.
İnsider.az bu barədə “Report”a istinadən xəbər verir.
Energetika Nazirliyi tərəfindən 2020-ci ildə görülmüş işlərə dair hazırladığı hesabatda deyilir ki, məlumata görə, bu, 2019-cu ilin göstəricilərinə nisbətən təxminən 2,9 mln ton, yəni 9,2 % azdır.
Neftin (kondensatla birlikdə) 27,1 mln tonu konsorsium, 1,3 mln tonu isə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə ixraca nəql edilib.