Azərbaycana ötən il Rusiyadan 800 min turist gəlib.
İnsider.az xəbər verir ki, bunu mətbuat konfransı zamanı Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bildirib.
“2018-ci ildə Azərbaycana 800 min rusiyalı turist gəlib, deməli, Azərbaycan Rusiya üçün daha cazibəli yerə çevrilir. Moskvada Azərbaycanın turizm nümayəndəliyi açılıb, qarşılıqlı əməkdaşlıq qurulur”, – səfir deyib.
O, iki ölkə arasında müntəzəm təyyarə reyslərinin də açıldığını xatırladıb: “Ölkəmizin regionları ilə Azərbaycan arasında daşımalar həyata keçirəcək rəsmi hava daşımaçılarının sayını daha da artırmaq üçün müzakirələr aparılır”.
Diplomat Xəzərdə turist gəmi reyslərinin də açılmasına hazırlıq işlərinin görüldüyünü diqqətə çatdırıb.
©Report