oyanmaq-zamanidir-yuxu-nece-normallasdirilmali

Oyanmaq zamanıdır – yuxu necə normallaşdırılmalı

Müsbət emosiyaların çatışmazlığı, pis hava, işdəki stresslər yuxuya və əhval yüksəkliyinə mane olur.  Əslində isə yuxuya etinasız yanaşmaq lazım deyil. Bir çox insanlara bu zamanı boşuna sərf edir, halbuki, dərin yuxu təkcə möhkəm sağlamlıq üçün deyil, həmçinin məhsuldarlıq, qeyri-standart düşünmə bacarığı və iradənin inkişafı üçün də mühümdür.

İnsider.az yuxunuzu yaxşılaşdırmağa kömək edəcək bir neçə addımı təqdim edir:

Rejiminizi yoluna qoyun

Bizim daxili ritmlərimizin sabitliyə ehtiyacı var. Məhz buna görə “həftə arası altıda durmaq və iki gün günortayacan yatmaq” strategiyası düzgün deyil: çox güman, belə halda siz iş günləri də, istirahət günləri də özünüzü əzgin hiss edirsiniz. Eyni vaxtda yatıb durmağa çalışın. Bu halda orqanizm bir neçə ay sonra, bu vaxt erkən olsa belə, öyrəşəcək.

Daha erkən yatmağa çalışın

Tam yararlı istirahət üçün lazım olan bir neçə saat hamıda müxtəlifdir – bu, genlə, yaşla, ilin fəsli və digər faktorlarla müəyyən olunur. Kiməsə altı saat bəs edər, bir başqalarına doqquz saat da kifayət etməz. Hamı üçün eyni olan gecə yarısına kimi yuxunun daha keyfiyyətli olmasıdır. Məhz bu zaman orqanizm effektiv şəkildə melatonini ifraz edir və beyin daha yaxşı istirahət edir. Gecə yarsından səhər üçə kimi olan yuxu da zəruridir: bu vaxt əzələ və dərinin elastikliyi üçün vacib olan kollagen daha aktiv əmələ gəlir.

Stressin aradan qaldırılması üzərində çalışın

Yaşanmış günlə haldan düşdüyünüz hiss çox tanışdır, lakin belə yorulmusunuz ki, yuxuya gedə bilmirsiniz? Bir qayda olaraq, səbəb stressdir. Onunla effektiv mübarizə metodikalarından biri meditasiyadır. Xeyr, biz sizə “Om” oxumağı və ətirli şamları yandırmağı təklif etmirik. Müasir meditasiya, bir qayda olaraq, ezoterik tərkib hissəsindən məhrumdur, ondan gələn xeyir isə (təkcə tam yararlı yuxu üçün deyil, həm də bütünlükdə həyat keyfiyyətinin yaxşılaşdırılması üçün) kliniki araşdrımalarla sübut olunub. Meditasiya etmək üçün smartfon tətbiqlərindən birini, misal üçün, “Calm” və ya “Headspace”-i istifadə edin.

Təbii vasitələri istifadə edin

Stressin təsirini azaltmağın və yuxunu yoluna qoymağın daha bir üsulu naturaterapiyanı istifadə etməkdir. Ümumi sakitləşmə üçün axşam çobanyastığı və ya nanəli çay için. Allergiyanız yoxdursa, içinə bir qaşıq bal əlavə edin – o da sinir sistemini sakitləşdirməyə və psixikadan yüklənməni götürməyə yardım edir (ilk növbədə bu, melissa və yağıotu balına aiddir). Lavanda yağı tez yuxuya getməni və möhkəm yuxunu təmin edərək, rahatladır və narahatlığı aradan götürür. Sakitləşdirici efir yağları ilə isti vanna qəbulu da rahatlanmanın yoxlanılmış üsuludur.

Yataq otağınızda komfortu təmin edin

Küçədən düşən işığın sizə istirahət etməyə mane olmaması üçün qalın pərdələr alın. Ancaq işığın və kənar qıcıqlandırıcıların olmadığı təqdirdə, siz dərin yuxuya gedərək, tam yuxunuzu ala bilərsiniz. Uyğun döşək seçin: həddindən artıq sərt döşək qan dövranınızı poza bilər, həddindən yumşağı isə onurğanızı qeyri-təbii əyilməyə məcbur edir. Orta olanı tapın – döşək bədən əyriliklərini təkrarlamalı, lakin ona “düşməyə” imkan verməməlidir. Yataq otağınızdakı havanın keyfiyyətinə nəzarət edin. Otaqdakı rütübətin optimal səviyyəsi 40-60% təşkil etməlidir. Şəhər şəraitində və isidici mövsum zamanı nəmləndirici funksiyalı iqlim texnikasından, məsələn, iqlim kompleksi və ya hava yuyucusundan istifadə etmək gərəkdir. Peşəkar sensorlar və dörd dərəcəli filtrasiya sistemi sizə evdə təkcə nəmləndirilmiş deyil, həmçinin təmiz hava ilə də nəfəs almağa kömək edəcək. Yataq otağının optimal temperaturu 18—22°С olmalıdır.

Müasir zəngli saatdan istifadə edin

Adi zəngli saat vasitəsilə oyanmaq orqanizm üçün stresdir. Zəngli saat insan beyninin hansı aktivlik fazasında olduğunu nəzərə almır və hətta ən dərin yuxu fazası zamanı belə onun dərhal oyanmasını tələb edir. Ani oyanma zamanı orqanizm yüksək melatonin hormonunun olmasına görə oyanmağa çatdırmır. Nəticədə, gün boyu eneri və yaxşı əhval-ruhiyyə çatışmazlığı hiss edilir. Təbiət elə qurub ki, biz təbii şəkildə — örtülmüş göz qapaqları vasitəsilə beyinə siqnal göndərən günəş şüalarından oyanaq. Bu prinsip üzərində “Wake-Up Light” işıq zəngli saatın işləməsi qurulub. Ümumiyyətlə, bu, yuxu üçün optimal şərtləri təmin edən tam yararlı qadcetdir. Axşam o, qürubu imitasiya edir, mülayim səsli fonu qoşur, gərginliyi götürməyə kömək edir —  bunlar yuxuya gedib bütün gecəni istirahət etməyə yardım göstərir. Səhər oyanmağa bir qədər qalmış, cihaz, get-gedə işığı və onun intensivliyini dəyişərək, şəfəqi imitasiya edir. Zəngli saatın işığı otağı dolduran vaxta kimi seçdiyiniz təbiət səsi və ya sevimli radiostansiyanız oyanışı bitirəcək. Orqanizm bu şəkildə oyanışa köklənəcək və siz yeni günə istirahət etmiş və gümrah əhvalla qoşulacaqsınız.

Təmiz havada vaxt keçirin

İlin soyuq havası zamanı bizi yorğan və ya yun şal altından ancaq istisna zərurilik işləri üçün çıxmaq cəzb edir. Bir rahatlanmış həftə rejimində əla plan kimi səslənir, lakin davamlı perspektivdə tonusun enməsi, ruh düşkünlüyü və yuxusuzluq kimi problemlərlə təhdid edir. Hətta şaxta günləri 20-30 dəqiqəlik gəzinti üçün səbəb tapmağa çalışın. Özünüzə motivasiya vermək üçün həmfikir cəlb edin, təklikdə dinləməyə xoş gələn maraqlı podkastları yükləyin və ya bu zamanı dinamik meditasiya üçün istifadə edin.

Samirə Məmmədova