ozel-mekteblerin-akkreditasiyasina-gore-rusumlar-tesdiqlendi

Özəl məktəblərin akkreditasiyasına görə rüsumlar təsdiqləndi

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2019-cu il 27 iyun tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

İnsider.az xəbər verir ki, dəyişikliyə əsasən, qanuna aşağıdakı məzmunda 32-1-ci maddə əlavə edilir:

“Maddə 32-1. Təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri

Bundan başqa, “Təhsil haqqında” qanuna əlavə edilən 14.17-1-ci maddəyə əsasən, Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələri “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmalıdırlar.