ozunu-inkisaf-etdirme-ve-onlayn-tehsil-size-yukselmeye-nece-mane-ola-biler

Özünü inkişaf etdirmə və onlayn-təhsil sizə yüksəlməyə necə mane ola bilər

Sərbəst bilik mübadiləsi ötən əsrin bizim əsrimizə ötürdüklərindən bəlkə də ən yaxşı şeydir. Arada adama elə gəlir ki, imkanlar hədsizdir – onlayn-kurslar, mühazirələr, vebinarlar sizi dünyanın istənilən yerində, istənilən yaşda və istənilən ilkin keyfiyyətlərlə peşəkar edər.

Lakin etməyə də bilərlər! Biz öz-özünə təhsil alma industriyasının üfüqlər əvəzinə yeni-yeni hülyalar açdığına və vaxtımızı, gücümüzü və pulumuzu oğurladığına heç fikir vermədik.

Hayp üzərində biliklər

Ən təzə trend “qeyri-peşəkar” bacarıqların, yəni bütün birbaşa gəlir gətirməyən şeylərin öyrənmə artımıdır: bu, rəssamlıq kursları, byuti-vebinarlar, adı çıxmış fərdi yüksəliş treninqləridir.

Lazımlı və dəbli arasında insanlar dəbli olanı seçirlər.

İnsanlar, onların güman etdiyinə görə, sabah tələbatın olacağı şeyi öyrənirlər — öz hesablamalarımızı yaxın gələcəyə keçirək. Biz on nəfərdən dördünün iş adamı, ikisinin proqramçı, birinin isə marketoloq olacağı əmək bazarını əldə etmiş olacağıq.

Bu insanlar hərtərəfli inkişaf etmiş olacaqlar: onlardan üçü rəsmlə məşğul olacaq və gözəllik barədə bloq yaradacaqlar.
Yaxşı ki, bunlar heç vaxt baş verməyəcək. Bazar özü ona nəyin lazım olduğuna qərar verəcək – əldə etməklə öyündüyünüz biliklər isə elə masa arxasında qalacaq. Ən yaxşı halda – intellektual söhbətlərin sərvəti olacaqlar və yaşı ötmüş tələbələrə erudit və müxtəlif tərəfli həmsöhbətçi sayılmağa imkan verəcək.

İnternetdə əldə edilən biliklərin əksər hissəsi sizə heç vaxt lazım olmayacaq.

Ördək əhvalatları

Sovet aviakonstruktoru A.N. Tupole özünün "ördək əhvalatı" ilə  “universal hər yerdə hərəkət edən təyyarə” tərəfdarlarını yerinə oturdurdu. Belə ki, “hər yerdə hərəkət edən təyyarənin” yer, su və hava üzərində hərəkət edəcəyi planlaşdırlırdı. Tupolev isə həm üzən, həm uçan, həm də gəzən canlının artıq olduğunu deyir. Bu, ördəkdir. Onun sirri isə ondadır ki, bütün bu üç şeyi o çox bərbad edir.

Təəssüf ki, ən çox şey vəd edən kursların keyfiyyəti olduqca aşağı olaraq qalır. İnsanlar transformasiya düşərgələrinə gedir, orada “lider”, “çempion”, “əsl kişi/qadın” olur, lakin... olduqları kimi qalırlar.

İldən ilə bu cür transformasiyanın ancaq qiyməti artır. Daha dəhşətlisi, insanın bacarıq əldə etmədiyi halda, özünü ekspert hesab etməyə və özü kimi axtaranların mühitində yanlış məlumat yaymağa başlamasıdır.

İnsanlara hər zaman hal-hazırda hansı növ biliyə ehtiyac duyduqlarını təyin etmək çətindir. Bunun üçün öz karyeranı, öz ilkin təhsilini, bazar tələbatını dərk etmək, rəis və ya öz peşəkar mühitinin hansısa nüfuzlu, uğurlu nümayəndəsilə danışmaq lazımdır. Lakin hər kəs bunu etməyə hazır deyil.

Ən böyük səhv tətbiq etməyə hazır olmadığın şeyi öyrənməkdir.

Yeni prokrastinasiya (ertələmə)

Onlayn-kurs satıcılarında hər şey sadədir: “Düyməyə bas – nəticəni alacaqsan”. Onlar inkişaf axtaranları həqiqətən karyeranı yenidən qurmağa və daha uğurlu olmağa kömək edəcək şeyə deyil, parlaq, nəzəri cəlb edən və maraqlı olana təhrik edirlər.

Ələlxüsus, uşaqlıdan bizə öyrədiblər: öyrənmək yaxşı şeydir. Müvafiq olaraq, heç də xoş olmayan, lakin vacib məsələni etmək və ya onlayn-kurs keçmək, podkast dinləmək, maraqlı lonqrid oxumaq kimi iki addımdan biz ikincisini seçirik.

Həyat üçün deyil

Hələ eramızın I əsrində roma filosofu Lutsiy Anney Seneka öz müasir alimlərini danlayırdı: “Həyat üçün yox, məktəb üçün oxuyuruq”. O vaxtdan ancaq məlumat ötürmə formaları və satıcıların hiylələri dəyişib. O vaxt olduğu kimi, indi də “məktəb üçün”, “ehtiyat” üçün, “maraq naminə” öyrənmək çox pis fikirdir. Bəs “məktəb üçün” bitdiyini və “həyat üçün” başladığını necə müəyyən etmək olar?

Yeganə meyar “Biliklərimi praktikada nə qədər yaxın zamanda tətbiq edə biləcəm?” sualına cavabdır.

Məlumat bilik vasitəsilə bacarığa çevrilmədikcə, bu məlumatın dəyəri çox azdır.

Tədris miqdarını azaltmaq və onun keyfiyyəti barədə düşünmək zamanıdır.

Tədris proqramını seçərək, onun dəyərliliyinin qiymətləndirmə meyarını formalaşdırın. Nəyə görə bu kurs digərindən yaxşıdır? Nəyə görə o sizə məhz indi lazımdır? Mütləq sizin biliklərinizi bacarığa çevirəcək hərəkət ardıcıllığını tərtib edin.

Misal üçün, düşünün ki, bu kursu keçərək, işdə daha maraqlı öhdəlik dairəsi olan daha yüksək vəzifə alacaqsınızmı? Öz işinizi qura biləcəksinizmi, o işdə rəqabətə davam gətirə biləcəksinizmi? Ancaq cavabları düzgün formalaşdıraraq, sizi seçdiyiniz sahədə əvəzolunmaz edəcək bacarıqları əldə etmiş olacaqsınız.

Samirə Məmmədova