36 ilə yaxın Türkiyədə və 25 il Azərbaycanda fəaliyyət göstərən, istehlakçılara “Fairy”, “Ariel”, “Pampers”, “Gillette”, “Oral-B”, “Head & Shoulders”, “Pantene”, “Safeguard”, “Old Spice” və “Always” kimi 15-dən artıq gigiyena və təmizlik məhsulları brendi ilə xidmət göstərən “Procter & Gamble” (“P&G”) şirkətində iki rəhbər vəzifəyə yeni təyinat olub.
“P&G”nin Qafqaz və Orta Asiya Respublikaları üzrə ölkə meneceri - baş direktor olan Değer Kurtaslanoğlu yeni vəzifəyə - Türkiyə, Qafqaz və Orta Asiya Respublikaları üzrə kommersiya əməliyyatları üzrə vitse-prezident vəzifəsinə təyin edilib.
Hazırda “P&G” Qafqaz və Orta Asiya Respublikaları üzrə korporativ bazar strategiyası və planlaşdırma direktoru olan İrakli Qabriadze “P&G”nin Qafqaz və Orta Asiya Respublikaları üzrə ölkə meneceri - baş direktor vəzifəsinə təyinat alıb.
Türkiyənin Orta Şərq Texniki Universitetində Biznesin İdarə Edilməsi üzrə bakalavr dərəcəsi alan D.Kurtaslanoğlu karyerasına 2000-ci ildə “P&G Türkiyə”də regional menecer kimi başlayıb. Treyd-marketinq meneceri, “P&G Türkiyə” müştərilərlə iş üzrə qrup meneceri, “P&G Türkiyə” milli və birbaşa müştəriləri üzrə direktor, “P&G Türkiyə / Şimali Kipr” distribütor əməliyyatları və müştəriləri üzrə direktoru kimi vəzifələrdə çalışıb
Karyerasına 2005-ci ildə “P&G Azərbaycan”da regional menecer kimi başlayan İ.Qabriadze Qafqaz distribütor əməliyyatları meneceri, Qafqaz korporativ treyd-marketinq meneceri, Qafqaz bazar strategiyası və planlaşdırma meneceri, Cenevrədə P&G Yaxın Şərq və Afrika strategiya və planlaşdırılması meneceri, Qafqaz bazar strategiyası və planlaşdırma direktoru, “P&G Yaponiya” davamlı inkişaf lideri və braun direktoru kimi vəzifələrdə çalışıb. İrakli ABŞ-nin FLEX proqramı məzunudur (2001), Qafqaz Biznes Məktəbində beynəlxalq biznes üzrə bakalavr dərəcəsi alıb və 2022-ci ilin iyun ayından “P&G” Qafqaz və Orta Asiya Respublikaları üzrə biznesin inkişafı direktoru vəzifəsində çalışıb.