pakistan-vetendas-aviasiyasi-ucun-oz-hava-fezasini-acdi

Pakistan vətəndaş aviasiyası üçün öz hava fəzasını açdı

Pakistanın hava fəzası vətəndaş aviasiya reysləri üçün yenə açıqdır. Uçuşlara olan məhdudiyyətlər Pakistan höküməti tərəfindən fevralın sonunda Hindistanla münaqişənin eskalasiyası fonunda tətbiq edilmişdi.

İnsider.az “Hindustan Times”-a istinadla bildirir ki, məhdudiyyətlərin qaldırılması barədə Pakistanın Vətəndaş Aviasiya İdarəsi elan edib.

Xatırladaq ki, fevralın 26-ı Hindistan HHQ Pakistanda olan və daha əvvəl Hindistan ərazisindəki 45 nəfərin tələfatı ilə nəticələnmiş terrakta görə məsuliyyəti üzərinə götürmüş “Caiş-e-Məhəmməd” (“Məhəmmədin ordusu”) qruplaşmasının düşərgəsinə zərbə endirmişdi. Bu hadisə növbəti gündən iki ölkənin münaqişəsinin kəskinləşməsinə səbəb oldu.

Samirə Məmmədova