pakistanda-partlayis-bas-verib-olenler-var-yenilenme

Pakistanda partlayış baş verib, ölənlər var - YENİLƏNMƏ

Pakistanın şimal-şərqindəki Hayber Paxtunxva əyalətinin, Köhlü rayonunda əldəqayırma partlayıcı qurğunun partlaması və ardınca atışma nəticəsində beş polis əməkdaşı ölüb, ikisi yaralanıb.

“Polislər ağır yaralanıb, onlardan beşi xəstəxanaya aparılarkən yolda ölüb”, - deyə məlumatda bildirilir.

Mənbələrin bildirdiyinə görə, cümə axşamı səhər saatlarında Dera İsmayıl Xan bölgəsində polis maşını əldəqayırma partlayıcı qurğu ilə vurulub. Naməlum şəxslər ölkədə keçirilən seçkilərlə əlaqədar həmin vaxt küçələrdə patrulluq edən polis əməkdaşlarına atəş açıblar.

Hücumun baş verdiyi yer mühasirəyə alınıb.

12:40

Pakistanın Bəlucistan əyalətində partlayış baş verib.

Məlumata görə, partlayış Köhlü rayonunda baş verib. Hadisə zamanı dörd nəfər xəsarət alıb. Polis hadisə yerini mühasirəyə alıb, araşdırma aparılır.

Qeyd edək ki, dünən Bəlucistan əyalətində ard-arda iki güclü partlayış baş verib. Partlayış nəticəsində 28 nəfər həlak olub, 40-dan çox insan yaralanıb.

Oxu.Az