Pakistanın Bəlucistan əyalətinin Mastunq şəhərində Məhəmməd Peyğəmbərin mövludu münasibəti ilə keçirilən tədbirə hazırlıq zamanı məscid yaxınlığında terror baş verib. Hadisə nəticəsində azı 52 nəfər ölüb, 130-dan çox insan yaralanıb.
İlkin məlumata görə, partlayış intiharçı terrorist tərəfindən həyata keçirilib.
Zərərçəkənlər tibb müəssisələrinə çatdırılır. Bütün xəstəxanalarda fövqəladə vəziyyət elan edilib. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.
Oxu.Az