pakistandan-azerbaycana-neft-emali-muessisesinin-yaradilmasi-teklifi

Pakistandan Azərbaycana neft emalı müəssisəsinin yaradılması təklifi

Pakistan İslam Respublikasının prezidenti Arif Alvi bu gün Bakıda prezident İlham Əliyevlə görüşdə Pakistanın Qvadar limanında neft emalı müəssisəsinin yaradılmasının mümkünlüyünü nəzərdən keçirməyi təklif edib.

İnsider.az xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin saytında məlumat verilir.

“Biz ticarətin artırılmasına, bir sıra sahələrdə əməkdaşlığın inkişafına diqqət yetirməliyik. Hesab edirəm ki, biz təhsil və səhiyyə sahələrində əməkdaşlıq edə bilərik. Eyni zamanda, Azərbaycan neft sektorunda möhtəşəm, uzunmüddətli təcrübəyə malikdir. Mən Qvadar dəniz limanında neft emalı müəssisəsinin yaradılmasının mümkünlüyünü nəzərdən keçirməyi təklif etmək istərdim”, - deyə A.Avli bildirib.

O, həmçinin nəqliyyat dəhlizləri və digər sahələrdə əməkdaşlıq imkanlarını da nəzərdən keçirməyi təklif edib.

Azərbaycan xaricdə NEZ-in tikintisi sahəsində təcrübəyə malikdir. 2018-ci ilin oktyabr ayında SOCAR Türkiyədə STAR NEZ-i istifadəyə verib. Layihəyə 6,3 milyard dollar investisiya qoyulub.