palata-bezi-banklar-problemli-kreditlerle-bagli-duzgun-melumat-vermir

Palata: Bəzi banklar problemli kreditlərlə bağlı düzgün məlumat vermir

“Hesablama Palatası tərəfindən aparılmış nəzarət tədbiri ilə bəzi banklar tərəfindən MKR-ə (Mərkəzləşdirilmiş Kredit Reyestri) ötürülən məlumatların vaxtında işlənilməməsi və qeyri-dəqiq verilməsi, eləcə də Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) həmin təşkilatlar tərəfindən verilən problemli kreditlərlə bağlı məlumatlarda uyğunsuzluq və subyektivlik halları müəyyənləşdirilmişdir”.​

Bu barədə Hesablama Palatasından bildirilib.

“Problemli kreditlərlə bağlı verilən məlumatlarla prudensial hesabatlar arasında çoxsaylı uyğunsuzluqlar olmuş, xarakterik təhriflərə və boşluqlara yol verilmişdir ki, bu da kredit təşkilatlarında uçot və hesabat sahəsində ciddi problemlərin mövcud olduğunu, xüsusilə balansdan silinərək balansdankənar hesabda qeydə alınan kredit borclarının uçotdan yayındırıldığını göstərir.

Hər iki devalvasiyaya görə 30 bank, 15 LPO bank və 47 BOKT üzrə ümumilikdə 1003067 kredit müqaviləsi MBNP tərəfindən araşdırılmış və kompensasiya hesablanılaraq, ödəniş aparılmışdır.

Büdcə vəsaitinə olan tələbatın 49,3%-i ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənişi üçün kredit təşkilatlarına yönəldilən hissədən, 50,7%-i fiziki şəxslərin sərəncamına yönəldilən, yəni müştərilərə çatacaq hissədən ibarətdir”, - deyə qurum bəyan edib.