palata-istehlak-kreditleri-uzre-orta-faiz-derecelerini-aciqladi

Palata istehlak kreditləri üzrə orta faiz dərəcələrini açıqladı

Maliyyə Bazarlarına Nəzarət Palatası istehlak kreditləri üzrə orta faiz dərəcələrinə dair məlumat açıqlayıb.

İnsider.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, 30.09.2019-cu il tarixinə milli valyutada istehlak kreditilərinin orta faiz dərəcələri 24%-ə çatır.

Belə ki, milli valyutada istehlak kreditlərindən, orta faiz dərəcəsi Kredit kartı vasitəsi ilə verilən kreditlər üzrə 23%, Məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər üzrə 23%, Yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər üzrə 22%, avtomobil kreditləri üzrə 20%, Digər istehlak kreditləri üzrə 24% təşkil edib.

ABŞ dollarında istehlak kreditlərindən, orta faiz dərəcəsi Kredit kartı vasitəsi ilə verilən kreditlər üzrə 11%, Məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər üzrə 13%, Yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər üzrə 14%, avtomobil kreditləri üzrə 19%, Digər istehlak kreditləri üzrə 6% təşkil edib.

Diqqəti cəlb edən məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər üzrə orta faizdəki dəyişikliklərdir. İyun ayının sonu ilə müqayisədə milli valyutada kreditin orta faizi 23%-dən 24%-ə yüksəlib, ABŞ dollarında isə 13%-dən 11%-ə düşüb. 

İyun ayının sonu ilə müqayisədə milli valyutada Yaşayış sahəsinin təmiri ilə bağlı olan
kreditlər üzrə orta faiz 22%-dən 21%-ə, Avtomobil kreditləri üzrə orta faiz dərəcəsi isə 20%-dən 19%-ə düşüb.

Qeyd edək ki, 30 Sentyabr 2019-cu il tarixinə  banklar üzrə ümumi kredit portfeli  13 milyard 872 milyon manat təşkil edib. Kredit portfelinin 61.6%-ni biznes, 38.4%-ni isə istehlak kreditləri təşkil edib