pandemiya-dovrunde-hansi-olkelere-getmek-olar-interaktiv-xerite

Pandemiya dövründə hansı ölkələrə getmək olar? – İNTERAKTİV XƏRİTƏ

Koronavirus pandemiyası dövründə dünya ölkələrinə səyahət üçün interaktiv xəritə hazırlanıb.

İnsider.az xəbər verir ki, layihə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) saytında dərc olunub.

Orada, xüsusilə pandemiya ilə əlaqədar bəzi dövlətlərə daxil olmağın bütün qaydaları (hava nəqliyyatında məhdudiyyətlər, qapalı sərhədlər və ya məcburi karantin dövrü zərurəti) göstərilir.

Hər bir ərazi görülən tədbirlərin ciddiliyini əks etdirən rənglərlə işarələnib: “tamamilə qapalı” ölkələr tünd mavi, “qismən qapalı” ölkələr açıq mavi, “məhdudiyyətsiz” ölkələr solğun mavi, “dəyişikliklər haqqında məlumatların yeniləndiyi ölkələr” ağ rəngdə göstərilib.

Qeyd olunur ki, xəritə COVID-19-un yayılması fonunda dünyada baş verən bütün dəyişiklikləri nəzərə alaraq mütəmadi olaraq yenilənir.