Pandemiya dövründə linzaların taxılmasında problem yoxdur, lakin koronavirusa yoluxmuş xəstələr bu optik aksesuardan imtina edərək, eynəyə keçməlidirlər.
İnsider.az xəbər verir ki, bu barədə “Contact Lens & Anterior Eye” jurnalında dərc olunan məqalədə bildirilib.
Mənbəyə görə, COVID-19-a yoluxan şəxs sağalandan sonra linzalardan istifadəyə qayıda bilər. Lakin onlar mütləq yeni olmalıdır.
Linzalardan istifadə zamanı gigiyena qaydalarına riayət edilməlidir. Əllər yaxşı yuyulmalı, linzalara quru əllə toxunulmalı, qaydalara uyğun saxlanılmalıdır. Linzaların saxlama qabları dezinfeksiya edilməlidir.
Məqalədə həmçinin, adi eynəklərin koronavirusdan qorumadığı bildirilib. Bundan başqa, eynək və linza taxanların üzə, xüsusən buruna, ağıza və gözə toxunmamaları barədə xəbərdarlıq edilib.