pandemiya-italiya-futboluna-agir-zerbe-vuracaq-800-milyon

Pandemiya İtaliya futboluna ağır zərbə vuracaq: 800 milyon...

Koronavirus pandemiyasına görə İtaliya futbolu təxminən 800 milyon avro itirə bilər.

İnsider.az xəbər verir ki, bu barədə “Football Italia” məlumat yayıb.

İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravinanın sözlərinə görə, çempionatı vaxtından əvvəl dayandırmaq olmaz, çünki bu, böyük maliyyə sarsıntılarına səbəb olacaq:

“Mən ümumi marağı qoruyuram və ona görə də bildirirəm: A Seriyasının ləğvindən imtina edirəm. Biz tərəfdaşlarımız qarşısında beynəlxalq öhdəliklərimizə möhkəm bağlıyıq. Buna görə hökumətdən müvafiq siqnal verilənə qədər mövsümü başa çatdırmaq imkanı uğrunda mübarizə aparacağıq”.