panorama-hotel-yandi

“PANORAMA” hotel yandı

Lənkəran şəhəri, Göyşaban kəndində oteldə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən “PANORAMA” hotelindədə baş vermiş yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, xəsarət alan yoxdur.

Babək Xeybər oğlu Heydərliyə məxsus ikimərtəbəli hotel binasının mansarı tamamilə yanıb.

XXX

Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən “PANORAMA” hoteldə yanğın başlayıb.

Məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə hissəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub.

Yanğın davam edir.

Report