papa-john-s-meglub-olub

"Papa John’s" məğlub olub

"Papa John’s" ilk rübdə, atdığı addımlara baxmayaraq, itkilərlə qarşılaşıb.

İnsider.az bu barədə "CNBC"-yə istinadla xəbər verir.

Lakin üzləşdiyi xərcləri çıxsaq, şirkət "Wall Street"-in gözləntilərinə üstün gəlib. Çərşənbə günü baş tutan ikinci hərracda səhmlər, bəzən 5% qalxaraq, sonra təzədən enərək dəyişirdi. Şirkət bildirib ki, öncəki illə müqayisədə bu il ilk rübdə xalis itki 3,80 milyon dollar və ya hər səhmə görə 12 sent təşkil edib.

Qeyd edək ki, ötən ilin iyul ayında qiymətlər, hərraclar təsisçisi Con Şnatterin zəng konfransı zamanı "n-word" istifadə etdiyindən sonra kəskin düşüb. Bu səbəbdən təsisçi sədr vəzifəsindən kənarlaşdırılmışdı. Cavab olaraq isə Şnatter təsis etdiyi şirkəti məhkəməyə vermişdi. Hazırda isə o, pizzeriya şəbəkəsindən öz 31%-lik payını satmağı gözdən keçirir.

"Papa John’s", bu arada, məhkəmə tələblərilə və şirkətin zədələnmiş nüfuzuna görə mübarizə aparmalı oldu. Şirkət Şnatteri öz pizza qutularının və marketinq materiallarının üzərindən götürdü. Həmin vaxtdan brendin yeni siması və idarə heyətinin üzvü qismində keçmiş basketbol ulduzu Şakil O'Nili gətirdi. Şirkətin sədri isə Cefri Smit oldu.

Samirə Məmmədova